İbrahim Vəlizadə (leytenant, 1997)

İbrahim Malik oğlu Vəlizadə (2 aprel 1997, Yarımca, Naxçıvan Muxtar Respublikası6 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.

İbrahim Vəlizadə
Şəxsi məlumatlar
Doğum tarixi 2 aprel 1997(1997-04-02)
Doğum yeri
Vəfat tarixi 6 oktyabr 2020(2020-10-06) (23 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Atası Vəliyev Malik
Anası Vəliyeva Kifayət
Təhsili Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2018—2020
Rütbəsi Leytenant
Vəzifəsi Kəşfiyyat qrup komandiri
Döyüşlər
Təltifləri 3-cü dərəcəli "Rəşadət" ordeni "Vətən uğrunda" medalı — 2020 "Suqovuşanın azad olunmasına görə" medalı — 2020 "Kəlbəcərin azad olunmasına görə" medalı

İbrahim Vəlizadə 1997-ci il aprelin 2-də Babək rayonunun Yarımca kəndində anadan olub.[1] 2003-2011-ci illərdə Yarımca kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. AAHM-in Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 19 iyun 2018-ci il tarixli əmri ilə ona "leytenant" hərbi rütbəsi verilib. Həmin ilin noyabrında Naxçıvana gələrək ailə həyatı qurub və bir neçə gün sonra hərbi xidmətə qayıdıb. Şəhid Vəlizadə İbrahimin bir oğlu yadigar qalıb.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

İbrahim Vəlizadə 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tərtər şəhərində yerləşən "N" saylı hərbi hissədə, xüsusi təyinatlı kəşfiyyat bölüyündə qrup komandiri vəzifəsində xidmət edib.

İkinci Qarabağ müharibəsində iştirakı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Ordusunun leytenantı olan İbrahim Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı MurovdağTərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 27-də "Murovdağ-3340" yüksəkliyinin azad edilməsində böyük fədakarlıq və qəhrəmanlıq göstərən İbrahim Vəlizadə orada 4 gün yoldaşları ilə birlikdə ac-susuz qalaraq Azərbaycan bayrağını qoruyub və düşmənin əks-hücumlarını mərdliklə dəf edib. Oktyabrın 1-də səhhətindəki nasazlıqlar və yaralanma səbəbindən hərbi hospitala yerləşdirilən İbrahim əvvəlcə Naftalana, sonra Göyçaya aparılıb. O, həkimlərin israrına baxmayaraq, "Gizirim şəhid olub, əsgərlərim başsız qalıb" deyərək oktyabrın 3-də yenidən döyüş meydanına qayıdıb. Növbəti tapşırıqla Suqovuşan ətrafındakı yüksəkliklərin azad edilməsinə yollanan qrup komandiri oktyabrın 6-da mühüm strateji məntəqə olan "951" yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə yaralanan yoldaşını atəş altından çıxararkən iki dəfə snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub.[2]

Ərazidə ağır döyüşlər getdiyindən onunla birlikdə bir neçə şəhidin nəşi uzun müddət götürülə bilməyib. Müharibə başa çatdıqdan sonra - nəhayət, o, noyabr ayının sonlarında götürülüb və ayın 30-da Babək rayonu Yarımca kəndinə gətirilərək böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında dəfn olunub.[3]

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İbrahim Vəlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[4]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, İbrahim Vəlizadə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.[5]

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, İbrahim Vəlizadə ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.[6]

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, İbrahim Vəlizadə ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Haqqqında çəkilən süjetlər

[redaktə | mənbəni redaktə et]
  • Şəhidlər azadlığın od-şimşək zərrəsidir - Naxçıvan Televiziyası
  • Yaddaş: Şəhid İbrahim Vəlizadə - İctimai Televiziya
  • Sabaha saxlamayaq: Şəhid İbrahim Vəlizadə - İctimai Televiziya
  • Vətən Haqqı: Azərbaycan Ordusunun leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi İbrahim Vəlizadə - Real TV
  • Döyüş yoldaşlarına kömək edən zaman şəhid olan igidimiz İbrahim Vəlizadə - ARB 24
  • Nəşi 42 gün sonra tapılmış qəhrəman - Şəhid İbrahim Vəlizadə - Missiya TV
  • Sənsiz: Şəhid İbrahim Vəlizadə - Zaman TV
  1. Müdafiə Nazirliyi. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF). www.mod.gov.az (Azərbaycan Müdafiə Nazirliyinin rəsmi saytı) (az.). 22.01.2021. 2021-01-22 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 22.01.2021.
  2. "4 gün ac-susuz Murov dağında qaldıq - Cəhənnəm Mələkləri - Muradov Bəhruz". 2021-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-16.
  3. "Arxivlənmiş surət". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-22.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  6. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin saytı). 29.12.2020. Archived from the original on 2020-12-29. İstifadə tarixi: 29.12.2020.
  7. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  8. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  9. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 29.12.2020. 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29.12.2020.
  10. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". www.president.az. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-25.