Elmar Nəbiyev (tam adı: Nəbiyev Elmar Elman oğlu; 22 mart 2001, Pirallahı, Bakı, Azərbaycan – 5 oktyabr 2020, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi.
Elmar Nəbiyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Dəfn yeri | Pirallahı rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Nəbiyev Elmar Elman oğlu 22 mart 2001-ci ildə Bakı şəhərinin Pirallahı rayonunda anadan olmuşdur.[1]
2007-ci ildə həmin rayonun 186 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. O, boş vaxtlarında idmanla məşğul olmağı sevirdi.
2018-ci il 186 nömrəli məktəbi bitirib həmin ildə də Odlar Yurdu Kollecinin Bank işi fakültəsinə (qiyabi) qəbul olmuşdur.
Subay idi.
Elmar Nəbiyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Elmar Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elmar Nəbiyev oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Bakı şəhərinin Pirallahı rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəbiyev Elmar ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəbiyev Elmar ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nəbiyev Elmar ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]