Elvin Sarvan oğlu Şıxəliyev (6 iyun 1995, Əli-Bayramlı – 14 oktyabr 2020, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi.[1]
Elvin Şıxəliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 iyun 1995 |
Doğum yeri | |
Vəfat tarixi | 14 oktyabr 2020 (25 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Əsgər |
Vəzifəsi | Taqım komandirinin müavini |
Döyüşlər |
İkinci Qarabağ Müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri |
Elvin Şıxəliyev 6 iyun 1995-ci ildə Şirvan şəhərində anadan olmuşdur.
2013-cü ildə Şirvan Şəhər SHXÇDX-in çağırışı ilə həqiqi hərbi xidmətə yollanmışdır.Xidməti zamanı göstərdiyi şücaətə görə 4 dəfə tərifnamə elə təltif olunmuşdur.Manqa komandiri kursunu bitirib 2015-ci ildə isə hərbi xidmətini bitirmişdir.
Elvin Şıxəliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, Füzuli,Xocavənd, Cəbrayıl və Hadrut uğrunda gedən döyüşlərdə şücaət göstərmiş və həlak olmuşdur. Elvin Şıxəliyev oktyabrın 14-də Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elvin Şıxəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[5]