Elxan Hüseynov (12 mart 2000, Qaradağ rayonu – 13 dekabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyatçısı, ölümündən[1] sonra "Vətən uğrunda" medalı ilə təltif edilmiş İkinci Qarabağ müharibəsi şəhidi [2].
Elxan Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaradağ rayonu, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Biləsuvar rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2018 - 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Zəngilanın azad edilməsi • Qubadlının azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri |
Ailəsi Cəbrayıl rayonundan məcburi köçkün olan Elxan Maarif oğlu Hüseynov 12 mart 2000-ci ildə Qaradağ rayonununda anadan olub. Atası Maarif Hüseynov Cəbrayıl rayonu, Daşkəsən kəndindən, anası Sevil Xəlilova isə Ağdam rayonunun , Yusifcanlı kəndindəndir[3]. Orta məktəbi bitirdikdən snra 2018 -ci ildə həqiqi hərbi xidmətə yollanmışdır. Hərbi xidməti bitirdikdən sonra xüsusi təyinatlılarda MAHHXHQ əsgər kimi hərbi xidmətini davam etdirmişdir.
Qarabağın azadlığı uğrunda Azərbaycan ordusu sıralarında əməliyyatların ilk günlərindən döyüşlərə qatılan cəsur kəşfiyyatçı Elxan Hüseynov hamımızın mavi ekranlardan dönə-dönə izlədiyimiz Xudafərin körpüsünə üç rəngli bayrağımızı sancıb cənab Ali Baş Komandan İlham Əliyevə məruzə edən qrupun üzvülərindən biri olub, Füzulidən Şuşaya qədər şanlı döyüş yolu keçib, Zəfərə sayılı günlər qala - 6 noyabrda düşmən gülləsinə tuş gələrək yaralanıb. Onu döyüş meydanından təxliyə edən təcili yardım maşını isə minaya düşüb. Yenidən yaralanan Elxanı tapanda onun şəhid olduğunu düşünüblər. İki dəfə əməliyyat olunmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı, Elxan uzun müddət komada qaldıqdan sonra 13 dekabr şəhidlik zirvəsinə ucaldı[4].
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Elxan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5].