Emil Şahin oğlu Şıxəlizadə (10 mart 1998; Gərmətük, Lənkəran rayonu, Azərbaycan – 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Emil Şıxəlizadə | |
---|---|
Emil Şahin oğlu Şıxəlizadə | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gərmətük, Lənkəran rayonu, Azərbaycan |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Talış |
Atası | Şahin Şıxəliyev |
Anası | Azadə Şıxəliyeva |
Təhsili | Gərmətük qəsəbə tam orta məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017–2018; 2020 |
Rütbə | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi |
Təltifləri | 2020 |
Emil Şıxəliyev 10 mart 1998-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. Orta təhsilini Gərmətük qəsəbə tam orta məktəbində başa vurub.
Emil Şıxəliyev 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Emil Şıxəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərin birində savaşaraq həlak olmuşdur.[1]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Emil Şıxəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.