Qalib Rəşid oğlu Əhmədov (10 sentyabr 2001; Əliyar, Şəki rayonu, Azərbaycan — 10 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Qalib Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əliyar, Şəki rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Talış, Tərtər rayonu, Azərbaycan |
Dəfn yeri | Əliyar, Şəki rayonu, Azərbaycan |
Dəfn tarixi | 22 oktyabr 2020 |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Rəşid Əhmədov |
Anası | Validə Əhmədova |
Təhsili | orta |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2019—2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Hadrutun azad edilməsi • Madagizin azad edilməsi |
Təltifləri | 2020 2021 2020 |
Qalib Əhmədov 10 sentyabr 2001-ci ildə Şəki rayonunun Əliyar kəndində Rəşid Əhmədovun və Validə Əhmədovanın ailəsində anadan olmuşdur.[1] 2007-2016-cı illərdə Şəki rayon Əliyar kənd tam orta məktəbində təhsil almışdır. Subay idi.
Qalib Əhmədov 2019-cu ilin oktyabr Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, "N" saylı hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət etmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Qalib Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində olaraq iştirak etmişdir. Cəbrayılın, Xocavəndin və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Qalib Əhmədov 10 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 22 oktyabr 2020-ci ildə cənazəsi doğulduğu Şəki rayonunun Əliyar kəndində dəfn edilmişdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Əhmədov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Qalib Əhmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]