Hüseynov Rövşən Kazım oğlu (21 avqust 1995, Bakı — 23 oktyabr 2020 Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rövşən Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Kazım Hüseynov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017–2018 / 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Rövşən Hüseynov 21 avqust 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur.[1] 2001-ci ildə Bakı şəhəri 115 nömrəli tam orta məktəbində 1-ci sinifə getmişdir. 2012-ci ildə Bakı şəhəri 202 nömrəli tam orta məktəbi bitirmişdir. 2013-cü ildə Rusiya Federasiyası, Stavropol şəhərində yerləşən "Qafqaz Xalqlarının Dostluğu İnstitutu"nun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. 2017-ci ildə həmin fakültəni bakalavr pilləsi üzrə bitirmişdir.
Rövşən Hüseynov 2017–2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Goranboy rayonunda ön xəttdə Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissədə düşmənlə üz-üzə xidmət etmişdir.
Hərbi xidmət dövründə göstərdiyi nümunəvi xidmətlərə görə komandanlıq tərəfindən mükafatlandırılmışdır. 2018-ci ildə həqiqi hərbi xidmətdən tərxis olunmuşdur.
Rövşən Hüseynov 2020-ci il sentyabrın 27-də elan olunmuş səfərbərliklə əlaqədar Hərbi Komissarlıq tərəfindən təkrar xidmətə çağırılmışdır.
Azərbaycan Ordusunun əsgəri olan Rövşən Hüseynov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Döyüşlərdən birində döyüş tapşırığının yerinə yetirilməsi zamanı Füzuli rayonu, Kürdlər kəndi ərazisində həlak olmuşdur. 25 oktyabr 2020-ci ildə Bakı şəhərində dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 36 saylı 28. fevral 2023 tarixli sərəncamına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M. Ə. Rəsulzadə qəsəbində yaşadığı ünvanın yerləşdiyi küçə onun adını daşıyır.