Ramin Yasən oğlu Zeynalov (1 mart 2000; Qiyaslı, Ağdam rayonu, Azərbaycan — 19 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Ramin Zeynalov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qiyaslı, Ağdam rayonu, Azərbaycan |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Kəlbəcər rayonu, Azərbaycan |
Dəfn yeri | Ağdam rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Yasən Zeynalov |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | Əsgər |
Vəzifəsi | atıcı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Murovdağ döyüşləri |
Təltifləri | 2020 2020 2020 |
Ramin Zeynalov 1 mart 2000-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində Yasən Zeynalovun ailəsində anadan olmuşdur.[1] 2006-2017-ci illərdə orta təhsil almışdır. Subay idi.
Azərbaycan Ordusunun əsgəri olan Ramin Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramin Zeynalov 19 oktyabr 2020-ci ildə Murovdağ silsiləsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağdam rayonunda dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Zeynalov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Zeynalov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]
Ağdamın Baharlı qəsəbəsində yerləşən Təhsil Mərkəzi Ramin Zeynalovun adını daşıyır.[5]