Səbuhi Telman oğlu Qasımov (12 noyabr 2001; Şəmkir rayonu, Azərbaycan — 18 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Səbuhi Qasımov | |
---|---|
Səbuhi Telman oğlu Qasımov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şəmkir rayonu, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Şəmkir rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2022 2020 2020 |
Səbuhi Qasımov 2001-ci il noyabrın 12-də Şəmkir rayonunda anadan olub.[1] 2009–2018-ci illərdə C. Rüstəmov adına Şəmkir şəhər tam orta məktəbində təhsil alıb. Subay idi.
Səbuhi Qasımov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Səbuhi Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səbuhi Qasımov Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı şəhid olub. Noyabrın 18-də Şəmkir rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Qasımov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səbuhi Qasımov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]