Tofiq Dadaş oğlu Kərimov (7 iyul 1973; Qaradağ rayonu Azərbaycan SSR — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Tofiq Kərimov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Qaradağ rayonu Azərbaycan SSR |
Vəfat tarixi | (47 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Xüsusi Təyinatlı Qüvvələr |
Xidmət illəri | 1990—2020 |
Rütbəsi | Mayor |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 |
Tofiq Kərimov 7 iyul 1973-cü ildə Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. 253 nömrəli məktəbin birinci sinifinə daxil olub və həmin məktəbdə 8-ci sinifə qədər təhsil almış ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirmişdir. Ardınca Sovet İttifaqı Marşalı S.S.Biryuzov adına Riqa Ali Hərbi-Siyasi Məktəbində təhsil almışdır. Həmçinin Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin müdavimi olmuşdur.
Şəhidin 3 oğlu yadigar qalıb.
Birinci Qarabağ müharibəsi zamanı cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Tofiq Kərimov 1998-2004 cü illərdə Xüsusi Təyinatlı Qüvvələrdə, 2004-2010-cu illərdə isə kəşfiyyat bölüyündə xidmət etmişdir. 2010-cu ildə öz istəyi ilə silahlı qüvvələrdən ehtiyata buraxılmışdır.
Azərbaycan Ordusunun mayoru olan Tofiq Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir.
Tofiq Kərimov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.