Vilayət Allahverdiyev (əsgər)

Vilayət Valeh oğlu Allahverdiyev (19 avqust 2000, Birinci Biləcik, Şəki rayonu28 oktyabr 2020, Laçın rayonu) — İkinci Qarabağ müharibəsi şəhidi.

Vilayət Allahverdiyev
Vilayət Valeh oğlu Allahverdiyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Birinci Biləcik, Şəki rayonu, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Laçın rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Atası Valeh Allahverdiyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
 • Cəbrayılın azad edilməsi
 • Zəngilanın azad edilməsi
 • Laçın döyüşləri
Təltifləri "Vətən uğrunda" medalı — 2020 "Cəbrayılın azad olunmasına görə" medalı — 2020 "Qubadlının azad olunmasına görə" medalı — 2020 "Laçının azad olunmasına görə" medalı — 2020

Vilayət Allahverdiyev 19 avqust 2000-ci ildə Şəki rayonunun Birinci Biləcik kəndində anadan olmuşdur. A. Vilayət 2006-cı ildə Birinci Biləcik kəndindəki orta məktəbə daxil olmuşdur. 2017-ci ildə məktəbi bitirmişdir.[1]

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

Vilayət Allahverdiyev 2018-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. 2018–2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrində "N" saylı hərbi hissədə xidmət edib.

Azərbaycan Ordusunun əsgəri olan Vilayət Allahverdiyev 27 sentyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində qismən səfərbərlik çağırışına qatılmışdır. Vilayət Allahverdiyev 28 oktyabr 2020-ci ildə Laçın döyüşləri zamanı həlak olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vilayət Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vilayət Allahverdiyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vilayət Allahverdiyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.[4]

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Vilayət Allahverdiyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[5]

  1. "Arxivlənmiş surət". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-07.
  2. "Arxivlənmiş surət". 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-07.
  3. "Arxivlənmiş surət". 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-01.
  4. "Arxivlənmiş surət". 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-07.
  5. "Arxivlənmiş surət". 2020-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-07.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  7. "Arxivlənmiş surət". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-07.
  8. "Arxivlənmiş surət". 2021-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-07.
  9. "Arxivlənmiş surət". 2021-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-07.