İmamverdi İsmayılov (kapitan)

İmamverdi Yoloğlu oğlu İsmayılov (1 may 1989; Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan SSR - 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]

İmamverdi İsmayılov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan SSR
Vəfat tarixi (31 yaşında)
Vəfat yeri Tərtər rayonu, Azərbaycan
Dəfn yeri Qazax rayonu, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2012-2020
Rütbəsi Kapitan
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Murovdağ döyüşləri
 • Madagizin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020 3-cü dərəcəli "Rəşadət" ordeni

İmamverdi İsmayılov 1989-cu il mayın 1-də Qazax rayonunun Aşağı Əskipara kəndində anadan olub.

1996-2004-cü illərdə İ.Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbində, 2004-2007-ci illlərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

2011-2012-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) təhsilini davam etdirib.

Ailəli idi. İki oğlu yadigar qaldı.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

İmamverdi İsmayılov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət edib.

2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N” saylı hərbi hissəsində “kapitan” hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan İmamverdi İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı MurovdağSuqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

İmamverdi İsmayılov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Ağköynək kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmamverdi İsmayılov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İmamverdi İsmayılov ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[3]

  1. "İkinci Qarabağ müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (az.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-12-10.
  2. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  3. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  4. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az. 15.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
  5. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". 15.12.2020. 2020-12-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.