Hüseyn Rasim oğlu Xəlilov (27 mart 2002; Nardaran, Sabunçu rayonu, Bakı, Azərbaycan — 25 aprel 2021; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Hüseyn Xəlilov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nardaran, Sabunçu rayonu, Bakı, Azərbaycan |
Vəfat tarixi | (19 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Nardaran, Sabunçu rayonu, Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi • Qubadlının azad edilməsi • Şuşanın azad edilməsi |
Təltifləri | 2020 2020 |
Hüseyn Xəlilov 27 mart 2002-ci ildə Sabunçu rayonunun Nardaran qəsəbəsində anadan olmuşdur.[1] Əslən Bakının Nardaran kəndindəndir. 2020-ci ilə qədər 295 nömrəli tam orta məktəbdə və "dülgərlik" ixtisası üzrə peşə məktəbində təhsil alıb. Subay idi.
Hüseyn Xəlilov 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət edirdi.
Azərbaycan Ordusunun əsgəri olan Hüseyn Xəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Hüseyn Xəlilovun döyüşlərdə olduğu zaman çəkilmiş şəkli sosial şəbəkələrdə paylaşılmışdı.[2] Hüseyn Xəlilov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı yaralanmışdır. Gəncədə və Bakıda yerləşən xəstəxanada koma vəziyyətində saxlanmışdır. 25 aprel 2021-ci ildə koma vəziyyəti zamanı müalicə aldığı xəstəxanada həlak olmuşdur.[3] Nardaran qəsəbəsində dəfn edilmişdir.[4]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Hüseyn Xəlilov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[6]