Məhəmməd İlham oğlu Əliyev ({{DVTY}} şablonu boşdur ) — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi
Məhəmməd Əliyev | |
---|---|
Məhəmməd İlham oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Böyük Xocavar, Masallı rayonu, Azərbaycan |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Şuşa, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Masallı |
Dəfn tarixi | 11.11.2020 |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | İlham Əliyev |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2017-2018 (2020) |
Rütbəsi | Əsgər |
Döyüşlər | ikinci Qarabağ müharibəsi |
Təltifləri |
Məhəmməd İlham oğlu Əliyev 9 yanvar 1999-cu ildə Masallı rayonunun Böyük Xocavar kəndində anadan olub.[1] 2005-ci ildə Bəyalı Məmmədov adına Böyük Xocavar kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 2016-cı ildə məktəbi bitirib. Subay idi.
2017-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində davam etdirib. 2018-ci ilin iyul ayında ordu sıralarından tərxis olunub.
Azərbaycan Ordusunun əsgəri Məhəmməd İlham oğlu Əliyev 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərimizin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azad edilməsində şəhid olmuşdur. Şəhidin nəşi 11 noyabr 2020-ci il tarixdə doğulduğu Böyük Xocavar kənd qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əsgəri Məhəmməd Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Məhəmməd Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[3]