Rövşən Qardaşxan oğlu Ramazanov (14 aprel 1995, Burzubənd, Astara rayonu – 1 noyabr 2020, Cütcü) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Rövşən Ramazanov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 aprel 1995(1995-04-14) |
Doğum yeri | |
Vəfat tarixi | 1 noyabr 2020(2020-11-01) (25 yaşında) |
Vəfat yeri | Cütcü, Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Atası | Qardaşxan Ramazanov |
Anası | Gülnarə Ramazanova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2013–2015, 2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | PK — baş tuşlayıcı |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Cəbrayılın azad edilməsi • Qubadlının azad edilməsi • Hadrutun azad edilməsi |
Təltifləri | 2020 2020 2021 2021 |
Rövşən Ramazanov 14 aprel 1995-ci ildə Astara rayonunun Burzubənd kəndində anadan olub. 2001-ci ildə Astara rayonunun Burzubənd kənd tam orta məktəbinə daxil olmuşdur. 2012-ci ildə məktəbi bitirmişdir.
Rövşən Ramazanov 2013-cü ilin iyulunda Azərbaycan Silahlı Qüvvələrinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinə Ağcabədi rayonunun N saylı hərbi hissəsində başlayır. 3 ay sonra Ağdam rayonunun N saylı hərbi hissəsinə göndərilir və xidmətini burada davam etdirir. 2015-ci ilin yanvar ayında xidmətini uğurla başa vurmuşdur. Hərbi xidməti dövründə PK silahının baş tuşlayıcısı olmuşdur.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Rövşən Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan İkinci Qarabağ müharibəsinə oktyabrın 9-da könüllü olaraq qatılır. Cəbrayılın azad edilməsi, Qubadlının azad edilməsi və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rövşən Ramazanov oktyabrın 27-də Xocavənd rayonunun Cütcü kənd ətrafında qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Rövşən Ramazanov Astara rayonunun Burzubənd kəndində dəfn olunmuşdur.[1]
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Ramazanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.