İlqar Akif oğlu Quliyev (3 fevral 1973, Fəxralı, Qasım İsmayılov rayonu – 30 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi.
İlqar Quliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 3 fevral 1973 |
Doğum yeri | |
Vəfat tarixi | 30 sentyabr 2020 (47 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2000-ci ildən |
Rütbəsi | Mayor |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri |
İlqar Quliyev 1973-cü il fevralın 3-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub.[1] 1980–1990-cı illərdə Fəxralı kənd tam orta məktəbində təhsil alıb. 1991–1996-cı illərdə isə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (AKTA) "Mühasibat uçotu" üzrə ali təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.
Azərbaycan Ordusunun mayoru olan İlqar Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda döyüşlərdə savaşıb. İlqar Quliyev sentyabrın 30-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Quliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən İlqar Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən İlqar Quliyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[5]